“İnter”in aparıcı üzvü Məhəmməd Mirzəbəyov Premyer Liqanın 28-ci turu çərçivəsində “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra müsahibə verib.
- “Xəzər Lənkəran”la oyun haqda nə deyə bilərsən?
- Oyun asan keçmədi. “Xəzər Lənkəran” yaxşı müdafiə olunurdu. Əks hücumlarda yaxşı təsir bağışlayırlar. Amma biz hesabı açdıqdan sonra daha rahat oynadıq. Hesabı birinci hissədə açsaydıq, daha yaxşı olardı.
- Baş məşqçiniz mətbuat konfransında qeyd etdi ki, fasilədə bəzi oyunçuların “yuxudan ayılması” üçün lazım olan sözlər deyib. Sxadadze fasilədə hansı iradlarını bildirdi?
- O, lazım olan sözləri dedi. İkinci hissədə komandamız daha məsuliyyətli oynadı. Bundan sonra yaxaladığımız epizodlara ciddi yanaşdıq və qol vurduq.
- Siz fasilədə olarkən lider “Qarabağ”ın “Bakı” ilə oyunda 2 xal itirdiyi artıq məlum idi. Bu məqam da oyununuza təsir etdi?
- Biz fasilədə olarkən “Qarabağ”ın “Bakı” ilə heç-heçə oynadığını bilmirdik. Bu haqda yalnız oyundan sonra xəbər tutduq. Bəlkə də nəticəni bizə qəsdən demədilər. Düşünüblər ki, komandaya bu, mənfi təsir göstərə bilər. “Qəbələ”nin 3:0 hesabı ilə öndə olduğunu bilirdik. Amma dediyim kimi, “Qarabağ”ın nəticəsindən xəbərsiz idik.
- “Qarabağ”ın xal itirməsi sənin üçün də sürpriz oldu?
- Təbii ki. Liderin xal itirməsi hamı üçün sürprizdi. Bunu tək mən yox, çoxları gözləmirdi.
- Düşünmək olar ki, xal fərqinin 7-yə enməsindən sonra “İnter” yenidən çempionluğa ümidlənib? Çünki əvvəlki turda “Qarabağ” - “İnter” matçının qolsuz tamamlanmasından sonra Ağdam klubunun qızıl medallara daha yaxın olduğunu çoxları düşünürdü.
- Ötən il “Neftçi” “Qarabağ”dan 12 xal geri qalırdı. Amma “Qarabağ” ardıcıl xal itkisinə yol verdikdən sonra “Neftçi” bu komandaya yaxınlaşmışdı. Odur ki, mövsümün sonuna hələ var və çempionun hansı komanda olacağını söyləmək çətindir.
- Çempion olmaq, “Qarabağ”a çatmaq üçün “İnter” ilk növbədə bu komandanı məğlub etməlidir...
- “Qarabağ”a çatmaq üçün təkcə “Qarabağ”ı udmaq bəs etmir. Bunun üçün digər rəqiblərə də qalib gəlmək lazımdı. Razıyam ki, onlarla oyunumuz 6 xallıq matç kimi dəyərləndirilir. Lakin digər rəqibləri də unutmaq olmaz. “Neftçi” hazırda bizə çox yaxındır. Mövsümün sonuna 8 tur qalıb. Bu da az xal deyil. Əgər, sona 4 tur qalsaydı, bizim şansımızın az olduğunu söyləmək mümkün idi. İndiki halda isə hər şey ola bilər.
- Qarşıda “İnter”i kubok oyunu gözləyir. Çempionatda “Neftçi”yə qarşı keçirdiyiniz 3 oyunda 7 xal qazanmısız. Eyni uğuru kubokda da təkrarlamaq mümkün olacaq?
- Yarımfinal matçına ciddi hazırlaşacağıq. “Neftçi” ilə görüşlərdə yaxşı nəticə qazanmağa çalışacağıq. Kuboku qazanmaq istəyiriksə, ilk növbədə finala yüksəlməliyik.
- Cahangir Hacıyevin Beynəlxalq Bankdan gedişindən sonra “İnter”in gələcək taleyi haqda çox söz-söhbələr gedir. Bu məqam oyununuza mənfi təsir etmir?
- Yox, təsir etmir. Çünki biz ilk növbədə qarşıya qoyulan məqsədə çatmalıyıq. Gözümüz yumub gələcəyi yox, oyunumuzu düşünməliyik. Kobud dildə desək, biz təkcə klubun yox, həm də öz adımızı fikirləşməliyik. Kimsə düşünsə ki, gələn il “İnter” olmayacaq, o ilk növbədə özünə ziyan vurmuş olacaq. Uğur komanda şəklində qazanılır.
- Bir müddət əvvəl “İnter”lə yeni müqavilə haqda razılığa gəlmişdin. Bu məsələni bitmiş hesab etmək olar, yoxsa məlum istefadan sonra vəziyyət dəyişib?
- Hazırda məsələ sual altındadır.Çünki Cahangir Hacıyevin istefasından sonra qeyri-müəyyənlikdir.
- Klub prezidenti Georgi Nikolov bu haqda siz futbolçulara heç nə deməyib?
- Konkret heç nə yoxdu. Bəlkə menecerimə nəsə deyiblər. Amma ümumi şəkildə heç bir söhbət olmayıb. Heç nə demirlər. Bildiyimiz qədəri ilə yaxınlarda iclas olacaq və bundan sonra bütün suallara aydınlıq gələcək. Bizim işimiz futbol oynamaqdı.
Mənbə: Futbelxeber.az
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı