Ruslan Qurbanov oynadı, "Hayduk" uduzdu

Ruslan Qurbanov oynadı, "Hayduk" uduzdu
XƏBƏR 5 Aprel 2015 / 03:22 4716
-  A +

Xorvatiya çempionatında 27-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu öz meydanında RNK Splitlə qarşılaşıb.

Split derbisi qonaq komandanın qələbəsi ilə başa çatıb. Fasiləyə 1:0 hesabı ilə öndə yollanan "Hayduk" ikinci hissədə qapısında iki qol görüb - 1:2. Start heyətində yer almayan Ruslan Qurbanov meydana matçın 67-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, 27 turdan sonra aktivində 37 xalı olan "Hayduk" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq