"Malta ilə oyundan öncə Prosineçki mənə meydana çıxmağa hazır olduğumu dedi. Hər şey qaydasında getsəydi, matçın 60-cı dəqiqəsində meydana çıxacaqdım. Lakin Namiq Ələsgərov zədələndi və 22-ci dəqiqədə onun yerinə meydana daxil oldum".
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov "Avro-2016"nın seçmə mərhələsində Maltaya qalib gəldikləri oyun (2:0) haqda danışarkən deyib.
"Neftçi"nin icarə əsasında Xorvatiyanın "Hayduk" klubunda oynayan futbolçusu baş məşqçi Robert Prosineçkinin onun oyunundan razı qaldığını bildirib: "Stadiondakı atmosfer fantastik idi. Baxmayaraq ki, azarkeşlərimiz seçmə mərhələyə uğursuz star verdiyimiz üçün çox məyus idilər. Ancaq onlar bu dəfə yeni baş məşqçi ilə meydana çıxdığımıza görə, bizi dəstəksiz qoymamışdılar.
Prosineçki yığmanın sabiq baş məşqçisi Berti Foqtsun tam əksidir. O, hücum futbolu sərgiləməyimizi, parlaq oyun göstərməyimizi istəyir. Bu da futbolçular tərəfindən müsbət qarşılanır. Prosineçki matçdan sonra oyunumdan razı qaldığını dedi və "Hayduk"da uğurlu çıxışımı davam etdirməyi məsləhət gördü".
Millimizin seçmə mərhələdəki hədəflərindən danışan R.Qurbanov deyib: "Seçmə mərhələdə əsas hədəfimiz üçün pilləni tutmaq idi. Lakin keçirdiyimiz 4 görüşdə məğlub olduğumuz üçün şansımız azaldı. Buna baxmayaraq, sonadək mübarizə aparacağıq. Növbəti seçmə mərhələ üçün rəqabətədavamlı komanda yaratmaq lazımdır".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı