"Qəbələ" Dodosuz məşq edir

"Qəbələ" Dodosuz məşq edir
XƏBƏR 2 Aprel 2015 / 01:30 1731
-  A +

Azərbaycan Premyer Liqasının 27-ci turunda istirahət edən “Qəbələ” növbəti oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, martın 28-də əvəzedicilərlə yoxlama oyunu keçirən Roman Qriqorçukun komandası 28-ci turun AZAL-la görüşünün hazırlıqlarını davam etdirir.

“Qırmızı-qaralar”ın məşqlərində yalnız zədəli Dodo iştirak etmir. Azərbaycan millisinin düşərgəsindən qayıdan Cavid Hüseynovla Ruslan Abışov, U-21-dən qayıdan Tellur Mütəllimov da məşqlərə qatılır. Zədə səbəbindən bir müddət fərdi hazırlıq keçən Elvin Camalov da artıq komandaya qoşulub.

Növbəti iki gündə də doğma məkanda məşq edəcək “Qəbələ” aprelin 3-dəki hazırlığın ardından Bakıya yollanacaq

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.

Daha çox


Son xəbərlər