"Neftçi" futbol klubunda yaradılan Müşahidə Şurasının üzvlüyünə seçilən veteran futbolçu Mübariz Zeynalov Premyer Liqanın 27-ci turunda hazırda davam edən "Neftçi" - "Bakı" matçının fasiləsində jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, M.Zeynalov "Neftçi"də görüləsi işlərin çox olduğunu bildirib:
- Sabiq komandanız, "Neftçi"dən gələn təklif sizdə hansı təəssüratlar oyatdı?
- Təbii ki, sevindirici haldır. Veteran futbolçu kimi təcrübəmi, biliklərimi gənc oyunçularla bölüşməyə hazıram.
- Düşündüyünüz "Neftçi"ni qurmaq üçün hansı təkliflər irəli sürəcəksiniz?
- "Neftçi" hər zaman mənim qəlbimdədir. Ürəyimdən keçən təklifləri irəli sürəcəm.
- Məsələn, hansı təkliflər ürəyinizdən keçir?
- Təkliflər çoxdur. Hələ iclasımız baş tutmayıb. Dünən sadəcə, təqdimatımız oldu. Bundan sonra həftədə və ya 10 gündə bir dəfə yığışacağıq və lazımi təkliflər irəli sürüləcək. İstərdik ki, komanda bundan da yaxşı vəziyyətdə olsun. Lakin "Neftçi"də görüləsi işlər çoxdur. Bunları həyata keçirmək üçün vaxt lazımdır.
- Müşahidə Şurasındakı işiniz nədən ibarət olacaq?
- Hələ ki, şuranın üzvləri arasında bölgü keçirilməyib. Bölgü aparılandan sonra kimin hansı işlə məşğul olacağı müəyyənləşəcək. Yəqin ki, veteran futbolçu kimi Səməd Qurbanovla birgə lazımi məsləhətlər verəcəyik.
- Belə başa düşdük ki, bugünkü toplantınız baş tutmayıb?
- Xeyr. Aprelin 3-də yığışacağıq. Azərbaycan Premyer Liqasının 28-ci turunda "Simurq"la keçiriləcək oyundan öncə yığışaraq futbolçularla söhbət etməyi planlaşdırırıq. Əgər alınsa, başlanğıc edəcəyik.
- Sizcə, "Neftçi" azarkeşlərini stadiona qaytarmaq üçün nə etmək lazımdır?
- Bu yöndə işlər aparılmalıdır. Futbol ictimaiyyəti ilə sıx əlaqə yaradılmalıdır. Futbolda azarkeşlər böyük rol oynayır. Gördüyünüz kimi "Bakı" ilə oyunda da azarkeş sayı azdır. Əgər indi stadiona 5-10 min azarkeş gəlsəydi, daha maraqlı oyunun şahidi olardıq. Yəni, azarkeşləri stadiona qaytarmaq üçün xalqın içində olmaq lazımdır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı