Ağasəlim Mircavadov deyir: “U-17 millimiz qrup oyunlarını biabırçı şəkildə keçirdi. Futbolçular bacarıqlarından çox aşağı səviyyədə çıxış etdilər. Bu uğursuzluğun səbəbini araşdırmaq üçün baş məşqçi Mirbağır İsayevi AFFA-ya çağırıb, hesabat tələb edəcəyik. Axı Antalyadakı toplanış zamanı “Split”ə qarşı keçirilən görüşündə futbolçular əla təsir bağışlamışdılar. Həmin oyunu gördükdən sonra komandamızdan elit-raundda uğurlu nəticələr gözləyirdim. Amma göstərilən oyun məni çox təəccübləndirdi”.
Amma məni qətiyyən təəccübləndirmədi. Azərbaycan futbolunun Fransa, İngiltərə, Portuqaliya, Danimarka, Serbiya və Xorvatiyadan aşağı səviyyədə olduğunu çoxdan bilirdim. Hətta ilkin mərhələlərdə üstələdiyimiz İsveçrə, Sloveniya, Macarıstandan da. U-17 və U-19-un adları sonda çəkilən ölkələrin komandalarını geridə qoyaraq elit-raunda çıxmaları Azərbaycan futbolu üçün uğurdur. Uzun illərdir elə ilk mərhələdəcə çıxışımızı dayandırdığımızı nəzərə alsaq, bu il birdən-birə iki komanda ilə elit-raunda çıxmaq, təbii ki, müsbət nəticə kimi qiymətləndirilməlidir. Sözügedən nəticə ancaq Avropanın futbol liderlərinə qismət olub.
AFFA-nı, həmin yığmalarda çıxış edən futbolçuları yetişdirən klubları tənqid etmək üçün saysız-hesabsız səbəb var. Amma biz “Niyə xorvatlardan 4 top buraxdıq, Portuqaliyaya niyə qol vura bilmədik, niyə Danimarka bizim qapımıza 31, biz isə onların qapısına cəmi 1 zərbə vurduq” kimi sualların arxasınca qaçmamalıyıq. Çox hörmət etdiyim təcrübəli məşqçimiz Ağasəlim müəllim bu oyunları “Split”ə qarşı yoxlama matçına bənzətməməli, uğursuzluğun səbəblərini araşdırmamalıdır.
Uğursuzluğun səbəbləri onsuz da, əvvəlcədən bəlli idi. Bizim futbolumuz bu ölkələrin futbolundan zəifdir. Bəli, biz Avropanın aparıcı ölkələrinə qarşı futbolda ya döyüşkən, əzmkar oyun, ya da xüsusi taktika hesabına qalib gələ bilərik. Və qalib gəldiyimiz komanda ilə (məsələn, İsveçrə U-17-si ilə) daha beş dəfə oynasaq, yəqin ki, hamısında məğlub olarıq.
Elə əsas məqam da bu qalib gəlmək və məğlub olmaq məsələsindədir. Çox təəssüf ki, indi hamı bir oyunluq qələbə və məğlubiyyət haqqında düşünür. Bir anlıq təsəvvürünüzdə canlandırın: U-19 Fransa və İngiltərəni məğlub edərək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Orada da İspaniya və Hollandiyanı üstələyib Avropa çempionu oldu. Nə dəyişəcək? Bizim futbol onların futbolundan üstün olacaq?
Qayıdaq 2006-cı il 17 yaşlılar arasında Avropa çempionatına. Həmin çempionatda finaldan kənar qalan İspaniya, Almaniya, Belçika kimi komandaların heyətlərində Aspikulyeta, Krkiç, Kross, Alderveyreld, Vitsel kimi oyunçular yer alırdılar. İndi bu oyunçular Avropa meydanlarında söz sahibidirlər. Qızıl medalları qazanan Rusiya isə Avropa liqalarına bircə futbolçu da verə bilmədi, hətta öz çempionatları, milli komandaları üçün də futbolçu yetişmədi. Ən nümunəvisi olan Prudnikov 8 illik Rusiya çempionatı təcrübəsinə cəmi 100 ətrafında oyun və 10-a yaxın qol yazdırdı. Orta hesabla mövsümə təxminən 10 oyun, 1 qol...
Həmin Belçika isə hələ 1980-ci illərdə düçar olduğu uğursuzluqlardan sonra özünə strategiya müəyyənləşdirdi. Federasiya klubları ətrafında toplayaraq ən kiçik işlərdən başladı. İndi deyirlər ki, biz bu dünya çempionatında yaxşı oynadıq, amma hələ ən yaxşı oyunumuzu görməmisiniz. Gələn dünya çempionatında görəcəksiniz. Bizdə isə deyirlər ki, “Mirbağır möcüzə etməli, final mərhələsinə çıxmalı idi. Nikolaya isə Fransa və İngiltərəyə qol vura bilmədik deyə ayıb olsun”...
Bəli, AFFA-nı da tənqid edək, amma ona görə yox ki, uduzmuşuq. Ona görə ki, strategiyamız bəlli deyil. Təəssüf ki, yarışlardan sonra AFFA-dan heç kim bu yönümlü açıqlama vermədi. Əksinə, məşqçilər istefa verdilər və uğursuzluq kimi dəyərləndirilən nəticələrin araşdırılacağı bildirildi.
Məncə, artıq aşağı yaş qrupları üzrə Avropa çempionatlarının seçmə mərhələlərində konkret məqsədimiz olmalıdır: hər il elit-raunda vəsiqə qazanmaq. Bunu ənənəyə çevirib, 5-6 il ardıcıl olaraq elit-raundlarda iştirak etmək labüddür. İştirak etməyəndə AFFA-nı tənqid etmək, həmin yaş qrupunun niyə uğur qazana bilmədiyini araşdırmaq (ofisdə oturub yazı yazmaq və ya müsahibə vermək yox, araşdırmaq!) lazımdır. 5-6 il sonra isə artıq yavaş-yavaş final mərhələlərinə doğru irəliləmək, növbəti - sonuncu etapda bəzən final mərhələlərində layiqli nəticələr qazanmaq. Yalnız bu halda gələcəkdə əsas milli komandamız indiki kimi aciz olmayacaq.
Amma təəssüf ki, biz heç vaxt mərhələli inkişafa dözə bilməmişik. Həm klublarımız, həm onlara rəhbərlik edən qurum, həm də onların fəaliyyətini işıqlandıran media səbr etmək əvəzinə, asıb-kəsmək üçün alışıb-yanır.
Nail KƏRİMOV,
Qol.Az saytı üçün
P.S. Özüm öz yazımı oxuyanda, elə hiss elədim ki, uduzmaqdan həzz alıram. Yox, qələbə həmişə gözəldir. Amma təsadüfi yox, davamlı qələbə. Ən böyük qələbə məhz hədəfə çatmaq, fikirlərin reallaşdığını görməkdir. Bunun üçün isə düzgün hədəf seçib ağılla səbr etmək lazımdır.
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Ronaldo: "Oynamağa davam etmək çətindir"
“Qarabağ”ın rəqibindən hücumçu transferi
"Liverpul" 14 yaşlı ukraynalı futbolçu transfer etdi
Millimizin üzvü Superkuboku qazana bilmədi
“Napoli”nin qələbəsi - Video
“Tottenhem” səfərdə sevindi
“Milan” 3 xalı 3 qolla qazandı - Video
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu