“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyaya səfərə hazırlaşır.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv İtaliyanın “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçiriləcək “Mario Maggoni – Walter - Richi” turnirində iştirak etmək üçün Appenin yarımadasına yollanacaq.
1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizəyə başlayacaq.
“Qəbələ” və İsveçin “Höteborq” klublarının təmsilçilərindən başqa digər iştirakçılar İtaliyanı təmsil edir. “A” qrupunda yer alan “Qəbələ” ilk mərhələdə meydan sahibi “A.S.D. Borgaro 1965”, “Sampdoriya” və “Parma” komandaları ilə qarşılaşacaq. “B” qrupunda “Yuventus” (Turin), “Hellas” (Verona), “Genuya” və “Cuneo”, “C” qrupunda isə “Atalanta”, “Höteborq” (İsveç), “Torino” (Turin) və “Rappresentativa Regionale Piomonte” kollektivləri mübarizə aparacaq.
“Qırmızı-qaralar” ilk oyununu aprelin 3-də, Bakı vaxtı ilə 13:45-də “Sampdoriya”ya qarşı keçirəcəklər. Komanda növbəti gün “Parma” ilə qarşılaşacaq. Ramin Quliyevin komandası qrup mərhələsinin son oyununda meydan sahibi - “A.S.D. Borgaro 1965” komandasını sınağa çəkəcəklər. Əsasnaməyə görə, “A” qrupunun qalibi “C” qrupunun ən güclüsü, “B” qrupunda birinci olan komanda isə ən yaxşı nəticə göstərmiş qrup ikincisi ilə üz-üzə gələcək. Daha sonra 3-cü yer uğrunda görüş və final matçları baş tutacaq.
Qeyd edək ki, “Mario Maggoni – Walter - Richi” turniri sanballı tarixə malikdir. Sayca 36-cı olacaq turnirdə indiyədək dünyanın və Avropanın ən tanınmış klublarının təmsilçiləri iştirak ediblər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı