"Real"da daha bir itki

"Real"da daha bir itki
XƏBƏR 19 Fevral 2015 / 11:20 5294
-  A +

Madrid "Real"ı ciddi itki ilə üzləşib.
 
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Karvahal Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə matçda zədələnib.

Lakin onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Bununla belə, Karvahalın İspaniya La Liqasında "Elçe"yə qarşı oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, "Şalke" - "Real" görüşü ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Real"da Karvahalla yanaşı, Fabio Koentrau, Sami Xedira, Serxio Ramos və Xames Rodriqes zədəlidir.

Son xəbərlər