“Bakı-2015” birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarında iştirak edəcək komandaların sayı açıqlanıb.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişilərin yarışında Azərbaycan (2 cütlük), Avstriya (2), Belarus (1), Çexiya (1), Danimarka (1), Estoniya (1), Fransa (2), Almaniya (2), Böyük Britaniya (1), Yunanıstan (1), İsrail (1), İtaliya (2), Latviya (2), Hollandiya (1), Norveç (2), Polşa (2), Rusiya (2), İspaniya (2), İsveçrə (2) və Türkiyə (2) komandaları mübarizə aparacaq.
Qadınların mübarizəsində isə Azərbaycan (2 komanda), Avstriya (2), Çexiya (2), Finlandiya (2), Fransa (2), Almaniya (2) Yunanıstan (1), İtaliya (2), Litva (1), Hollandiya (2), Norveç (1), Polşa (2), Rusiya (2), Slovakiya (1), İspaniya (2), İsveç (2), İsveçrə (2) və Ukrayna (2) kollektivləri yarışacaq.
Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycan iki kişi və iki qadın cütlüklər ilə təmsil olunacaq. Yarışda bir ölkədən hər iki cins üzrə maksimum iki cütlük iştirak edəcək. Bakıda keçiriləcək həm kişi, həm də qadınlardan ibarət turnirlərdə ümumilikdə 25 ölkə təmsil olunacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, çimərlik voleybolu müasir və hər il daha çox məşhurluq qazanan Olimpiya idman növlərindən biridir. Bu da onu birinci Avropa Oyunlarına uyğun gələn idman növünə çevirir. “Bakı-2015”in keçirilməsində məqsədimiz avropalı gəncləri Oyunlarda iştiraka həvəsləndirmək və bütün qitəni möhtəşəm idman bayramında bir araya gətirməkdir.
Bildirilib ki, Avropa çoxsaylı idman növlərindən ibarət yarışlarda çimərlik voleybolu idmançıları nəslinin əsasını qoyur. Belə ki, Almaniya və Latviyanın kişilərdən ibarət komandaları 2012-ci il London Olimpiya Oyunlarında çimərlik voleybolu yarışlarında müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.
“Bakı-2015” Avropa Oyunlarının idman şöbəsinin direktoru Pirs Okallaqan deyib: “Avropa Oyunları çimərlik voleyboluna həm Azərbaycanda, həm də bütün qitədə yeni azarkeşlər qazandıracaq. Əminəm ki, çimərlik voleybolu yarışları “Bakı-2015” birinci Avropa Oyunlarında diqqət mərkəzində olacaq”.
Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer bildirib ki, bu yay möhtəşəm idman bayramının keçirilməsini səbirsizliklə gözləyirik. Avropa Oyunlarında iştirak edəcək çimərlik voleybolu komandaları “Rio-2016” Yay Olimpiya Oyunları ilə bağlı təsnifat yerləri üçün reytinq xalları qazanacaq ki, bu da yarışları intensivləşdirəcək.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə