“Gördük ki, “Neftçi” Əliyar Ağayevin bu görüşə təyin olunmasından narahatdır. Biz də öz növbəmizdə “Neftçi”yə və AFFA-ya müraciət etdik ki, Ə.Ağayev istənilən hakimlə əvəzlənə bilər”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi “Neftçi” – “Qarabağ” oyundan əvvəl xoşagəlməz söz-söhbətlərin yayılmaması üçün bu addımı atdıqlarını bildirib:
“Oyun öncəsi hakimin adı ətrafında belə söhbətlərin yayılması yaxşı hal deyil. Əlbəttə ki, “Neftçi”nin narazılığı bizə qarşı deyil”.
Ə.Çəlikəl “Neftçi” tərəfindən hakim təyinatına belə reaksiya göstərilməsini düzgün hesab etmədiyini bildirib: “Ola bilər ki, “Neftçi”nin Ə.Ağayevlə hansısa problemləri var. Ancaq hakim də insandır. Ona hələ oyundan əvvəl bu dərəcədə təsir edilməsini düzgün hesab etmirik”.
Xatırladaq ki, “Neftçi” klubu Premyer Liqamızın 23-cü turunda sabah “Qarabağ”la keçiriləcək oyuna Əliyar Ağayevin baş hakim təyin olunmasına etiraz edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı