"Barselona" klubunun sabiq futbolçusu Erik Abidalın yeni iş yeri məlum olub.
Qol.Az-ın "L'Equipe"ə istinadən verdiyi məlumata görə, bir müddət öncə futbolçu karyerasını başa vuran Abidal Yunanıstanın "Olimpiakos" klubunda çalışacaq.
O, daha öncə "Barselona"da təklif alsa da, bunu rədd edib: "Barselona" mənə komanda ilə klub rəhbərliyi arasında vasitəçi olmağı təklif etdi. Lakin mən buna ehtiyac görmürəm. Çünki orada Lionel Messi var. Hansı ki, klub prezidenti ilə yaxşı münasibətləri mövcuddur. Üstəlik mənə futbol məktəbi ilə çalışmaq təklif olundu. Ancaq mənim ailəm və digər başqa vacib işlərim var. Belə sıx qrafikdə çalışa bilmərəm.
"Olimpiakos" isə məndən marketinq, sponsorluq, komandanın mövsümöncəsi hazırlığına nəzarət etməyimi və klubun akademiyasının "Barselona" ilə əlaqə qurmamı istədi. Bu asandır. Çünki 24 saat işləmək məcburiyyətində qalmayacam. Afinada ay ərzində cəmi 4 dəfə olacam. Bu da məni qane etdiyi üçün "Olimpiakos"un təklifini qəbul etdim".
Qeyd edək ki, karyerası ərzində "Monako", "Lill", "Lion" və "Barselona" kimi klubların şərəfini qoruyan Abidalın son komandası elə "Olimpiakos" olub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı