Millimiz Belarusa uduzdu

Millimiz Belarusa uduzdu
XƏBƏR 18 Fevral 2015 / 10:12 2205
-  A +

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Belarus yığması ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Daha çox


Son xəbərlər