"Qarabağ" klubu UEFA-nın apellyasiya şikayəti ilə əlaqədar bu gün açıqlanan qərarı ilə bağlı bəyanat yayıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsilə yayılan bəyanatda deyilir:
"Avropa Liqasının qrup mərəhələsinin VI turunda baş tutan "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadasının qolu hesaba almaması nəticəsində Ağdam təmsilçisi yarışda mübarizəni dayandırıb.
Baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı, "Qarabağ"ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir. "Qarabağ"ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də biganə qalmayaraq "Qarabağ" klubunu qəbul etməklə verdiyi dəstəyi, komandanın yanında olduğunu nümayiş etdirib.
Təsadüfi deyil ki, görüş zamanı daim Azərbaycan idmanından diqqət və qayğısını əsirgəməyən dövlət başçısı hər nə qədər "Qarabağ" qrup mərhələsində mübarizəni dayandırsa da, möhtərəm prezidentimiz "Qarabağ"ı qalib saydığını bildirmiş və qrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı "Qarabağ"ımıza hədiyyə olaraq təqdim edib. Prezidentimiz həmin mükafatı zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda "Qarabağ"ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olub.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl elə ilk gündən baş verən haqsızlığa biganə qalmayaraq milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırışını müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanıb və UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Giorgi Marçetti ilə görüşüb. Başqanımızın israrla "Qarabağ"ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilib.
Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil Gürur Gaye Günal "Qarabağ"ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunub və olay UEFA-nın məhkəməsinə qədər daşınıb.
Vəkilimizin israrları və təkidləri sayəsində fevralın ayının 5-nə təyin olunmuş məhkəmədə "Qarabağ" rəhbərliyinin eləcə də çoxmilyonlu ictimaiyyətin tələbi - "Qarabağ"ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməyib və vəkilimiz yenidən qərardan şikayət olunmasıyla bağlı vəsadət qaldırmışdı.
Bu gün gözlənilən qərar açıqlanıb. Düzdür, gözlənildiyi kimi oyun yenidən keçirilməsi haqqında qəbul olunmayıb. Amma, baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığını bildirilib. Hər nə qədər "Qarabağ"ın təmiz qol vurması hakim qərarıyla əngəllənsə də, bunun oyun qaydalarının pozulmasıyla uzlaşmadığı ifadə olunub. Belə də oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşıb. Belə ki, məhkəmədə hakimin cəzalanması hakimlərlə bağlı müvafiq qurum tərəfindən veriləcəyi bildirilib.
Beləliklə, "Qarabağ" rəhbərliyi, ölkə ictimaiyyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini verib. Hakimlərin cəzalanmasıyla bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidir...".
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə