"Sumqayıt"ın yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək ailəsinin yaşadığı Rusiyaya yola düşüb.
Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytının bəyanatında bildirilir.
Qeyd olunur ki, adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib. Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.
"Klubu olaraq bu cür halları pisləyirik. Futbolçu və onu təmsil edən tərəflər "Sumqayıt" ilə müvafiq qaydada bu məsələni tezliklə həll etməyəcəyi təqdirdə, klubumuz aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək".
Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə "Sumqayıt" ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədir. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.
Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, "Sumqayıt" Futbol Klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdir.
Qol.Az-ın xəbərinə görə, mətbuatda belə bir məlumat yayılıb, AFFA-dan gələn sifarişlə Təvəkkül Məmmədovun adı Premyer Liqanın 21-ci turunda keçirilən "Bakı" - "Sumqayıt" matçının start heyətindən çıxarılıb və onu Orxan Əliyev əvəzləyib. Bu dəyişiklik millimizin baş məşqçisi Robert Prosineçkinin həmin görüşdə Orxan Əliyevin oyununu izləmək istəməsi ilə əsaslandırılıb. Məhz buna görə T.Məmmədovun "Sumqayıt"ın düşərgəsini tərk edərək Rusiyaya yola düşdüyü bildirilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı