“Sumqayıt” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü dəfə heç-heçə ilə kifayətlənib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası 2015-ci ildə keçirdiyi bütün qarşılaşmalarda qolsuz heç-heçəyə nail olub.
“İnter” və “Bakı”nın ardından AZAL-la da qarşılaşmadan qol vurmadan, 1 xalla ayrılan sumqayıtlılar klub tarixinin ən uzun bərabərlik seriyasını təkrarlayıb. 2012-ci ilin payızında da ardıcıl 3 dəfə heç-heçə edən “Sumqayıt” “Kəpəz” (0:0), “Xəzər Lənkəran” (1:1) və “İnter”lə (0:0) qarşılaşmalarda 1 xal əldə edib.
Qeyd edək ki, mövsümün ən uzun heç-heçə seriyası “İnter”ə məxsusdur – 5 oyun. Bakılılar mövsümün ilk yarısında əvvəl 1:1, ardınca isə 4 dəfə 0:0 hesablı heç-heçəyə imza atıb.
“Qarabağ” Azərbaycan Premyer Liqasında mövsümün rekordunu təkrarlayıb. Qurban Qurbanovun komandası 22-ci turda “Simurq”u 1:0 hesabı ilə məğlub edərək, uğurlu seriyanı 5-ə çatdırıb. 2014-cü ilin sonunda “Xəzər Lənkəran”ı 3:2, “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu il xal itirməyib. “Bakı”nı 4:1, AZAL və “Simurq”u 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çempionatın I dövrəsində imza atdığı 5 oyunluq qələbə seriyasını təkrarlayıb. Çempionatın lideri sonuncu dəfə ötən il dekabrın 14-də “Qəbələ” ilə səfər oyununda xal itirib – 1:2.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı