Yadıma gəlmir ki, Azərbaycan çempionatında hansısa oyunçu məhz azarkeşlərin tələbi ilə meydanya buraxılsın. Bəlkə də bundan sonra da olmayacaq. Amma illər öncə bir azərbaycanlı öz vətənində yox, başqa bir ölkədə - dünyanın ən böyük ölkələrindən birində bunu bacarıb...
Vaxtilə Sumqayıtın tozlu-torpaqlı küçələrində futbol oynamış, çətinliklər içində böyümüş, öz zəhməti hesabına “Neftçi”yə gəlmiş, orada haqsızlıq görmüş və bu haqsızlığı yeni uğurların başlanğıcı kimi qəbul etmiş, daha sonra Rusiyaya yollanıb tarix yazmış, azərbaycanlı.... Nazim Süleymanov... Rusiyada, Osetiyada azarkeşlərin sevgiylə “Sulya” çağırdığı azərbaycanlı...
50 yaşın mübarək!
“Azərbaycan futbolunun görkəmli siması” deyil o... Bu ad onsuz da onun üçün yetərli deyil. Süleymanov Azərbaycan xalqının görkəmli nümayəndəsidir. Özünün dediyi kimi, “Şimali Osetiyada özümü elə aparırdım ki, desinlər, bütün azərbaycanlılar belədir”. Süleymanov Rusiya millisindən dəvət alanda da əsl vətənpərvər kimi davrandı. Ulduzlar komandasında bəy balası kimi oynamaqdansa, forma tapmayan millisini üstün tutdu... Əsl mənəviyyat, vətən, millət sevgisi budur!
Millinin ilk kapitanı, 50 yaşın mübarək!

Yaxşı xatirimdədir, həmkərım Sənan Abdullayevlə birgə Antalyada Rusiya futbolunun tanınmış nümayəndəsi Dmitri Xoxlovdan müsahibə alırdıq. Azərbaycanlılardan, Azərbaycan futbolundan söhbət düşəndə, duruxdu. Soruşduq ki, Nazim Süleymanovu da tanımırsan?
Reaksiyası indiyə kimi yadımdadır... Süleymanov?
Rusiyada məgər onu tanımayan var? Süleymanov ulduzdur, görsəniz, hörmətlərimi çatdırın!” Bu söhbətin iştirakçısı olan azərbaycanlı kimi sözün əsl mənasında qürur hissi keçirdim. Antalyanın günəşli günündə tüklərim biz biz olmuşdu...
Əsl təbliğat budur... Azərbaycanın ən uğurlu təmsilçilərindən biri, 50 yaşın mübarək!
Sözsüz, Süleymanovun səhvləri də var. Bunun bir qismi maliyyəyə, digəri vətənə bağlılığa dayanır. Süleymanov əgər Mənsimovun dəvətini qəbul edib, o vaxt “Xəzər Lənkəran”ı formalaşdırmaq üçün Azərbaycana gəlməsəydi, bəlkə də hazırda Rusiyada sayılıb-seçilən məşqçilərdən idi, eləcə də qədrini daha çox bilərdik... O vaxt müvəqqəti Azərbaycana gələn Süleymanov bir də gördü ki, artıq 11 il keçib... Bu 11 ildə nələr olmadı ki... Klublarda, millidə çalışdı... Mənə elə gəlir ki, lazım olduğu məqamlarda haqsızlığa göz yummadı... Bu da “Sulya”nın bir qələbəsi idi...
Yumor hissi yüksək olan insandır. Bəzən gərgin bir məsələyə yumorla elə ustalıqla çıxır ki... Əmin olursan ki, təkcə meydanda yox, həyatda da yaxşı mənada texnikalıdır.
.... Yaxın günlərdə əsri yarılayacaq Süleymanovla bir əsrdə yaşadığım üçün həqiqətən də sevinirəm. Və çox sevinirəm ki, onun kimi böyüklə böyük, kiçiklə kiçik olan insanı yaxından tanıyıram. Amma istənilən halda, mən onu 50 yaşlı Süleymanov kimi yox, Sulya kimi qəbul edirəm...
Azərbaycanı dünyanın ən böyük ölkələrindən birində azərbaycanlı kimi, səfir kimi, dünyanın ən böyük klublarına qarşı oynamış hücumçu kimi, vladiqafqazlıların bir ağızdan çağırdığı Sulya kimi, yeganə Rusiya çempionumuz kimi tanıyıram.
50 yaşın mübarək, sənətkar!
Elgiz ABBASOV
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı