Əgər millimiz oyun keçirmədən bir ay ərzində FİFA reytinqində 5 pillə irəliləyirsə, deməli, 8-9 ay oynamasa, ilk onluğa da düşə bilər
FİFA yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi 5 pillə irəliyərək 131-ci pilləyə yüksəlib. Əslində alqışlanası haldı. Hər halda Okeaniyada hələ də aborigenlərin yaşadığı və dövlət büdcəsi bizim cəmi bir futbolçunun illik maaşı qədər olan Aruba millisini 1 pillə üstələyə bilmişik.
Reytinq cədvəlini görəndən sonra azarkeşlərin çoxu fikir bildirəcək ki: “məgər, 9 milyon adam arasından 11 nəfər futbolçu tapa bilmirik”(onu da deyim ki, heç Çin də 1 milyard 400 milyon arasında onları tapa bilmir).
Bəli, bizdə tapa bilmirik. Amma Almaniyada tapırıq. Həm də onların özlərinin belə unutduğu liqadan. Deyəsən, Azərbaycan millisinin və “Sumqayıt”futbol klubunun skautu Xoşqədəm Hidayətqızıdır. Hansı yad ölkədə azərbaycanlı varsa, gətiririk milliyə.
Mövzüdan kənəra çıxmayaq. Millimiz ötən ay bir oyuna da çıxmadan 5 pillə irəlilədi. Bəlkə problem elə bundadı? Bəlkə problem elə oynamağımızdadı? Çünki rəsmi matçda çıxırıq və təbii olaraq uduzub reytinqdə geriləyirik.
Həm də belə taktika AFFA-nın büdcəsinə də xeyirdi. Vəsait xərcləmədən reytinqdə irəliləmək. Azarkeşlərin əsəbləri də pozulmaz və heç kim “İstefa, istefa” şüarı səsləndirməz. Görürsünüz, nə qədər xeyirli addımdı.
Əliheydər ZEYNALZADƏ
Futbol24.az
P.S. Əgər millimiz oyun keçirmədən bir ay ərzində 5 pillə irəliləyirsə, deməli, 8-9 ay oynamasa, FİFA reytinqində ilk onluğa da düşə bilər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil