Bu gün AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirə yekun vurulub.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 komandanın mübarizə apardığı turnirin son günündə həlledici qarşılaşmalar keçirilib.
III yer uğrunda oyunda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.
Final oyunu “İnter” və “Qəbələ” komandaları arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov və “İnter” klubunun prezidenti Georgi Nikolov təqdim ediblər.
Yığmamızın xorvatiyalı çalışdırıcısının təqdim etdiyi “Bakcell U-14 Elit Kuboku”nu başı üzərinə qaldıran "Qəbələ"nin U-14 komandasının üzvləri fərdi mükafatlarla da təltif olunub. G.Nikolov turnirin ən yaxşı futbolçusu seçilən İdris İnqilablıya, F.Nəcəfov isə finalda dubl müəllifi olan Samir Qurbanova yarışın ən sərrast oyunçusu mükafatını təqdim edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil