İbrahim Uzunca razı qaldı

İbrahim Uzunca razı qaldı
XƏBƏR 11 Fevral 2015 / 18:06 2571
-  A +

Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Sumqayıt"la 0:0 bərabərə qalan "Bakı"nın baş məşqçisi İbrahim Uzunca oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis komandasının ikinci hissədə daha yaxşı mübarizə apardığını bildirib:

"İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır".

Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner