Azərbaycan Premyer Liqasının XX turunda "Bakı" ilə oyun "Qarabağ"ın iki futbolçusu üçün əlamətdar olub.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin liderlərindən sayılan braziliyalılar Reynaldo Silva və Riçard Almeyda fərqli göstəricilərdə əlamətdar rəqəmə çatıblar.
Reynaldo çempionatdakı oyun sayında, Riçard isə klubunda vurduğu qollarda buna nail olub. “Bakı” ilə matçda Reynaldo Silva Premyer Liqada 50-ci oyununu keçirib. Bütün oyunlarını “Qarabağ”ın formasında keçirən braziliyalı ölkəmizdə 2012/2013 mövsümündə debüt edib. Çempionatda 3-cü mövsümünü keçirən cənubi amerikalı bu matçlarda 27 dəfə rəqib qapılarına qol vurub.
Qələbədə 2 qolla pay sahibi olan Riçard isə “Qarabağ”ın heyətində 25-ci dəfə fərqlənib. Bu qarşılaşmayadək çempionatda 20, kubokda 2, avrokuboklarda 1 dəfə rəqib qapılarına yol tapan yarımmüdafiəçi dubl sayəsində ümumi qol sayını 25-ə çatdırıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi