"Bakı" problemlərinin olmasına baxmayaraq, əzmkar oyun nümayiş etdirdi. Buna görə də onları təbrik edirəm. Düzdür, bu gün qalib gəldik, amma hələ tam formada deyilik. Komandanın optimal vəziyyətdə olması üçün bir az vaxt keçməlidir".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Bakı"ya 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, son iki oyunda "Neftçi" və "Qəbələ"yə qalib gələn AZAL-la növbəti turda qarşılaşacaqları oyun haqda da danışıb:
"AZAL çox çətin rəqibdir. İki oyundur onlar qələbə qazanırlar. AZAL-a qarşı matçda bir xal da qazansaq, bu, bizim üçün yaxşı nəticə olar".
R.Sadıqov qeyd edib ki, çempionluq uğrunda əsas rəqiblərinin son oyunlarda xal itirməsinə aldanmamalıdırlar:
"Çünki çempionatın bitməsinə çox var. "İnter" və "Neftçi" zəif olduğu üçün xal itirməyib, sadəcə digər klublar da çempionata yaxşı hazırlaşıblar. Bundan sonrakı hər bir oyun çətin keçəcək".
R.Sadıqovun sözlərinə görə, hazırda yüksək pillələrdə olmayan komandalarla matçda xal itirə bilərlər:
"Bu gün klubların səviyyəsi demək olar ki, bərabərləşib. "Simurq", "Sumqayıt", AZAL da çempionata yaxşı hazırlaşıb və onlar da iddialı komandalardandır".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı