“Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov klubun nəzdində fəaliyyət göstərən döyüş növləri üzrə bölmələrdə olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, "Qəbələ"-AZAL matçının ardından Qəbələ şəhərindəki bölmələrə baş çəkib, idmançıların hazırlıq prosesini izləyib.
Tale Heydərov və klubun vitse-prezidenti Fariz Nəcəfov boks, sərbəst güləş və cüdo bölmələrinin məşq etdiyi Qəbələ Olimpiya Kompleksi, həmçinin taekvondoçuların hazırlıq keçdiyi “Qafqaz Sport Otel”dəki şəraitlə tanış olublar. Klubun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev klub rəhbərliyinə 200-dən artıq idmançının hazırlıq keçdiyi bölmələrin fəaliyyəti, 2014-cü ildə əldə olunan nailiyyətlərlə bağlı ətraflı məlumat verib. Tale Heydərov bölmələrə fəaliyyətlərində uğurlar, idmançılara gələcək nailiyyətlər arzulayıb. Klubun prezidenti və vitse-prezident bölmələrə səfərin sonunda xatirə şəkli çəkdiriblər.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı