Xəbər verdiyimiz kimi, bu günlərdə güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov olimpiya çempionu Toğrul Əsgərovu olmayan zədəsinə istinad edərək Parisdə keçirilən Qran-pridə xalı üzərinə çıxmaqdan imtina emtəkdə günahlandırıb.
Qol.Az-ın "virtualaz.org" saytına istinadən verdiyi məlumata görə, Toğrul həmin yarışda 70 kq-dək döyüşdə kanadalı Ayslan Qarsiyaya qalib gəlsə də, sonra 1/4 finalda Polşa təmsilçisi Maqomedmurad Hacıyevə uduzub.
Bundan sonra idmançımız digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevə qarşı təsəlliverici görüşə çıxmaqdan imtina edib. Nəticədə Ruslan həmin yarışda bürünc medal qazanıb.
2012-ci il olimpiya çempionu, sərbəst güləşçimiz Toğrul Əsgərov Parisdə xalı üzərinə çıxmaqdan imtina etməsinin səbəbləri barədə danışıb:
"Məlum olduğu kimi, ötən il dizimdən zədə aldım və əməliyyat olundum. Mən uzun müddət bərpa olundum. Fransada turnirdən bir neçə gün əvvəl yenidən zədələndim, lakin buna əhəmiyyət vermədim, çünki Qran-pridə iştirak etmək istəyirdim.
İlk yarışda 6:0 hesabı ilə inamlı qələbə qazandım. Lakin ikinci döyüş zamanı əməliyyat olunmuş dizimdə kəskin ağrı hiss etdim. O zaman yığmanın həkimi məni müayinə etdi və tibbi yardım göstərdi, buna baxmayaraq çıxışımı davam etdirə bilmədim.
Qeyd edim ki, bu, mənim əməliyyatdan sonra ilk turnirim idi. Zədənin ağırlaşacağından ehtiyat edərək mübarizəni davam etdirmək istəmədim. İndi həkim nəzarətindəyəm və yüngül məşqlər keçirirəm. Allah qoysa, tam bərpa olunandan sonra növbəti turnirlərdə tam gücümlə mübarizə aparacağam.
Mən bir azərbaycanlı kimi gələcəkdə dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında yüksək nəticələrə nail olmaq istəyirəm. Mən ölkəmizin prezidenti İlham Əliyevin etimadını doğrultmaq və Azərbaycan bayrağını qaldırmaq istəyirəm.
Dövlət və federasiya bizim hazırlığımız üçün bütün zəruri şəraiti yaradıblar. Bakıda Avropa Oyunlarında, sonra isə sentyabrda lisenziya təqdim edən dünya çempionatında uğurla çıxış etmək, bundan sonra isə 2016-cı ilin Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında öz uğurumu təkrarlamaq istəyirəm” - deyə T.Əsgərov öz "facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda imtinasının səbələrinə aydınlıq gətirib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı