Ermənistanın “Uliss” klubu Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanovu transfer etməkdən imtina edib.
Qol.Az-ın xəbərinə görə, bu barədə klub rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ş.Qurbanov bir yoxlama oyunu keçirdikdən sonra komandanı tərk edib və klub onunla müqavilə imzalamağı düşünməyib:
“Daha əvvəl biz xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu milliyətcə dağıstanlıdır və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss” də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”.
“Uliss” klubunun açıqlamasında o da qeyd olunub ki, yalnız Ş.Qurbanov komandanın heyətini tərk etdikdən sonra onun vaxtı ilə Azərbaycanın gənclərdən ibarət millisində çıxış etməsini biliblər:
“Uliss” heyəti gücləndirmək məqsədilə Antalyada aktiv şəkildə seleksiya işləri aparır, heyətə oyunçular cəlb edir. Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz" - deyə klubun yaydığı rəsmi məlumatda bildirilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı