Almaniya Bundesliqanın son turunda "Şalke" ilə görüşdə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan "Bavariya" klubunun müdafiəçisi Jerom Boantenqin cəzası bəlli olub.
Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu 3 oyunluq cəzalandırılıb.
Matçın 17-ci dəqiqəsində cərimə meydaçasında rəqibini kobudluqla dayandıran Boatenq meydandan qovulub. Lakin qonaqlar "Bavariya"nın qapısına təyin olunan penalti zərbəsini qola çevirə bilməyiblər. Bununla belə, "Şalke" fasilədən sonra fərqlənib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Boatenqin kobud oyununu son ümid folu və idmançıya yaraşmayan hərəkət kimi dəyərləndirən Almaniya Futbol Federasiyasının İntizam Komitəsi yığmanın üzvünə 3 oyunluq cəza kəsib. Bununla da, Boatenq Bundesliqanın qarşıdakı turlarında "Ştuttqart", "Hamburq" və "Paderborn"la keçiriləcək oyunları buraxacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı