UEFA Nəzarət və Nizam-İntizam Komitəsinin iclası öz işinə başlayıb.
"Qarabağ"ın mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, iclasda Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Qarabağ" - "İnter" görüşündə (0:0) Ağdam təmsilçisinin təmiz qolunun baş hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması məsələsinə də baxılır.
"Qarabağ"la bağlı məsələyə bu gün İsveçrə vaxtı ilə saat 17:00-da, Bakı vaxtı ilə saat 20:00-da baxılacaq. UEFA-nın məsələ ilə bağlı qərarı İsveçrə vaxtı ilə saat 18:00-da, Bakı vaxtı ilə saat 21:00-da açıqlanacaq.
UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə və ya qolun qeydə alınması ehtimalı isə sıfıra bərabərdir.
Xatırladaq ki, "Qarabağ" – "İnter" matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin yer aldığı F qrupundan növbəti mərhələyə “İnter” və “Dnepr” klubları adlayıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı