Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə oyunu “Simurq”un baş məşqçisi Georgi Çixrazde üçün əlamətdar olacaq.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, gürcüstanlı mütəxəssis Zaqatala təmsilçisini yubiley – 100-cü dəfə meydana çıxaracaq. 2012-ci il martın 17-də “Turan”la evdə keçirilən Premyer Liqa oyununda (1:1) komandanın baş məşqçisi postunda debüt edən Çixradze bu günədək 99 rəsmi qarşılaşmada iş başında olub.
Yubiley oyununadək mütəxəssis 94 çempionat və 5 kubok matçında Zaqatala təmsilçisinə rəhbərlik edib. Premyer Liqada 99 dəfə futbolçularının qoluna sevinən gürcüstanlı bu göstəricidə də yubileyin astanasındadır. Lakin bunun üçün “Simurq” səfərdə qol vurmalıdır.
Qeyd edək ki, ölkəmizdə yalnız bir klubun “sükanı arxasında” olan Çixradze Azərbaycan karyerasında 100 və daha çox oyun keçirən 6-cı legioner baş məşqçi kimi tarixə düşəcək. Onadək Kaxaber Sxadadze (257), Roman Pokora (126), Valentin Xodukin (113), İbrahim Uzunca (109), Qyoko Hacievski (101) müxtəlif miqyaslı yarışlarda (Premyer Liqa, kubok, Superkubok, avrokuboklar, Birlik kuboku, I divizion, əvəzedicilər) Azərbaycan klubunu üst-üstə 100-dən artıq matçda baş məşqçi funksiyasını yerinə yetirib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı