Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın "Volqa" klubunun baş məşqçisi təyin olunub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 41 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Futbolçu kimi 2008-2011-ci illərdə "Volqa"nın şərəfini qoruyan Emin Tver təmsilçisinin heyətində 2 qola imza atıb. O, eyni zamanda Rusiya kubokunda 10 görüşdə iştirak edib. Bir neçə dəfə komandasını meydana kapitan kimi çıxaran Emin 2009-cu ildə klubun ən yaxşı futbolçusu seçilib. Yığmamızın sabiq üzvü futbolçu karyerasını məhz "Volqa" klubunda başa vurub.
Məşqçilik fəaliyyətinə "Anji"də Hacı Hacıyevin köməkçisi kimi başlayan E.Ağayev daha sonra Dağıstanın "Daqdizel" klubunu çalışdırıb.
Qeyd edək ki, Rusiya II divizionun Qərb zonasında çıxış edən "Volqa" qış fasiləsinə 15 komanda arasında 12-ci pillədə yollanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı