Afrika Millətlər kubokunun 1/4 final mərhələsinin Ekvatorial Qvineya - Tunis matçını idarə edən hakim Siçurn Rajindrapasard cəzalandırılıb.
Qol.Az-ın məlumatına görə, buna mavritaniyalı referinin oyunu çox aşağı səviyyədə idarə etməsi və matçın nəticəsinə təsir göstərən qərarlar verməsi səbəb olub.
Afrika Futbol Konfederasiyasının İntizam Komitəsi Rajindrapasardı 6 ay hakimlikdən uzaqlaşdırıb. Üstəlik referi elit kateqoriyasından məhrum edilib. Digər tərəfdən hakimin qərarlarına etiraz edən Tunis yığmasının futbolçularının meydandakı aqressiv davranışları səbəbindən Tunis Futbol Federasiyasına (TFF) 50 min dollar məbləğində cəza kəsilib.
Oyundan sonra bildirilib ki, TFF Afrika Futbol Konfederasiyasına üzrxahlıq məktubu göndərməyəcəyi təqdirdə Tunis yığması 2017-ci ildə keçiriləcək turnirdən kənarlaşdırılacaq. Ekvatorial Qvineya Futbol Federasiyası (EQFF) da cəzasız qalmayıb. Yığmanın azarkeşlərinin qaydalara zidd davranışları və ev sahibi ölkənin təhlükəsizlik xidmətini istənilən səviyyədə təşkil etməməsi səbəbindən EQFF 5 min dollar cərimələnib.
Qeyd edək ki, Rajindrapasardın Tunislə görüşün son dəqiqələrində ev sahibi Ekvatorial Qvineyanın lehinə penalti qərarı verməsi ciddi etirazlara səbəb olub. Meydan sahiblərinin hesabı bərabərləşdirməsi (1:1) səbəbindən əlavə vaxt təyin olunub. Referi əlavə vaxtda mübahisəli epizodda yenə Ekvatorial Qvineyanın lehinə cərimə zərbəsi təyin edib. Bu fürsətdən maksimum yararlanan meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Ekvatorial Qvineya yığması yarımfinalda sabah Qana ilə qarşılaşacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı