"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu ilə "Arsenal" klubu yaxından maraqlanır.
London təmsilçisinin baş məşqçisi Arsen Venger Ardanı komandasında görmək istəyir. "Barselona" ilə kubok matçında hakimin qərarına əsəbiləşərək butsunu meydanın kənarına atan Ardanın həmin oyundan sonra baş məşqçisi Dieqo Simeone ilə problem yaşadığı bildirilir. Bu səbəbdən Türkiyə millisinin üzvünün yayda Madrid klubundan ayrılacağı iddia olunur. "Arsenal" Arda üçün 22 milyon funt-sterlinq ödəməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, 28 yaşlı futbolçu yeni mövsümdən "Arsenal"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer edilib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi