2015-ci ilin ilk rəsmi oyunu “Qəbələ” üçün 6 debütlə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 19-cu turunun “Bakı” ilə səfər oyunu baş məşqçi Roman Qriqorçuk və 5 futbolçu üçün komandada ilk matç kimi tarixə düşüb.
Debütünü 2:0 hesablı qələbə ilə qeyd edən ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı rəsmi oyunlara çıxaran 9-cu məşqçi olub. Onadək Ramiz Məmmədov 139, ingiltərəli Toni Adams 47, Faiq Cabbarov 44, rusiyalı Yuri Syomin 42, türkiyəli Fatih Kavlak 27, rumıniyalı Dorinel Muntyanu 16, ispaniyalı Luis Araqon 6, Sənan Qurbanov 3 görüşdə komandanın “sükanı arxasında” olub Bu siyahıda 6-cı legioner olan Qriqorçuk “Qəbələ”də ilk ukraynalı çalışdırıcıdır.
Start heyətində meydana çıxan Rəşad Sadiqov, ukraynalılar Dmitri Bezotosnı, Aleksey Qay və Ruslan Fomin, qarşılaşmanın sonlarında debüt şansı qazanan belaruslu Mixail Sivakov ilk dəfə “qırmızı-qara” formanı geyiblər. Bu matçadək 10 illik tarixində 179 oyunçuya güvənən “Qəbələ”nin futbolçularının ümumi sayı 184-ə çatıb. Rəşad klub tarixində 96-cı yerli oyunçusudursa, əcnəbilərin sayı 88-ə çatıb. Paytaxtdakı görüşədək legionerlər 31 ölkəni təmsil edirdisə, Sivakov klub tarixinə ilk belaruslu kimi düşüb. Artıq 32 ölkənin təmsil olunduğu “qırmızı-qaralar”ın heyətindəki ukraynalıların sayı isə 9-a çatıb: Braziliya – 11, Ukrayna, Gürcüstan – hərəsi 9, Rusiya - 7, Serbiya, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Belarus, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.
“Qəbələ”də ən çox oyun keçirən futbolçular arasında 9-cu olan Ürfan Abbasov yubiley – 80-ci matçını keçirib. 4 mövsümdür “qırmızı-qara” formanı geyən müdafiəçi Azərbaycan çempionatlarında 72, ölkə kubokunda 7, Avropa Liqasında 1 qarşılaşmada iştirak edib.
“Qəbələ”nin heyətində 4-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirən Cavid Hüseynov komandanın heyətində ən çox 11 metrlik zərbə vuran 5 oyunçudan biridir: Kənan Kərimov – 8 (7 dəqiq), Leonardo da Silva – 5 (4), Samir Zərgərov – 5 (3), Cavid Hüseynov, Deon Barton – hər ikisi 4 (4). Ümumilikdə isə komanda 48 penaltidən 36-nı qola çevirə bilib.
Klub akademiyasının yetirməsi olan Elvin Camalov yubiley – 20-ci oyununda əsas klubun formasını geyib. Bu göstəricidə Tərzin Cahangirova çatan yarımmüdafiəçi akademiyanın yetirmələri arasında ən çox “qırmızı-qara” forma geyən Müşfiq Teymurovdan cəmi 1 matç geri qalır.
“Bakı”nın futbolçusu Vüqar Bəybalayev avtoqol müəllifi olub. Bu da “Qəbələ”nin tarixində 9-cü belə hadisədir. Onadək İlqar İbrahimov (“Şərur”), Osman Umarov (“Şahdağ-2”), Röyal Həsənov (“Viləş”), Natiq Qasımov (MOİK), Aleksandr Malıgin (“Simurq”), Alves Dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasiradze (hamısı AZAL) “qırmızı-qaralar”la görüşdə öz qapısına qol vurub.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi