Emeqaranın yeni klubu bəlli oldu

Emeqaranın yeni klubu bəlli oldu
XƏBƏR 2 Fevral 2015 / 01:00 8523
-  A +

“Qarabağ”la yollarını ayıran İnnosent Emeqaranın yeni klubu bəlli olub.

Qol.Az-ın məlumatına görə, isveçrli hücumçu karyerasını ABŞ-ın "San Xose "Örtkveyks" klubunda davam etdirəcək.

Klubun meneceri Con Doyl yerli mətbuata açıqlamasında futbolçu ilə müqavilə imzaladıqlarını deyib. Lakin müqavilə müddəti və şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Nigeriya əsilli futbolçu bu mövsümün vvəlində"Qarabağ"a transfer olunmuşdu. Ötən ilin dekabrında isə müqaviləsi başa çatan Emeqara “Qarabağ”dan ayrılıb. O, “Qarabağ”ın heyətində səkkiz oyunda beş qol vurub.

Son xəbərlər