"Qəbələ" Kamran Ağayevlə yolları ayırdı

"Qəbələ" Kamran Ağayevlə yolları ayırdı
XƏBƏR 1 Fevral 2015 / 11:30 7799
-  A +

“Qəbələ” klubu qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.

Daha çox


Son xəbərlər