"Qəbələ” 2015-ci ilin ilk rəsmi matçına fevralın 1-də çıxacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar" 2014/15 mövsümünün ikinci yarısına XIX turda səfərdə “Bakı” ilə oyunla başlayacaq.Ukraynalı baş məşqçi Roman Qriqorçuk və qış fasiləsində transfer edilən futbolçular üçün debütlə əlamətdar olacaq görüş “Qəbələ”nin paytaxtın eyniadlı təmsilçisi ilə 33-cü dueli olacaq.
“Bakı”nın təlim-məşq bazasında baş tutacaq qarşılaşmayadək komandalar 32 dəfə üz-üzə gəlib. Bu oyunların 26-sı çempionat, 6-sı kubok çərçivəsində keçirilib. Baş tutan görüşlərdə 8 qələbə qazanan “Qəbələ” 9 dəfə heç-heçə ilə kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. “Qırmızı-qaralar” 27 qol vurduğu matçlarda 35 top buraxıb.
Bu oyunlarda “Qəbələ”nin 27 qoluna 18 futbolçu imza atıb. Komandanın ən yaxşı bombardiri Viktor Mendidir. Seneqallı legioner 6 dəfə rəqib qapısına yol tapıb.
Bütün qələbələrini Premyer Liqada qazanan “Qəbələ” çempionatdakı 26 oyunda 6 heç-heçə edib və 12 dəfə uduzub. Bu matçlarda 54 qol vurulub. “Bakı” 29, “Qəbələ” 25 top vurub.
17-ci dəfə paytaxt təmsilçisinin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 3 qələbə qazanıb. Səfərdə 4 heç-heçəsi olan komanda 9 dəfə uduzub. Bakılılar öz meydanında top fərqində də öndədir – 22:12.
Ümumilikdə üstünlük “Bakı”nın tərəfində olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ardıcıl 8 qarşılaşmada uduzmayan “qırmızı-qaralar” bu görüşləri qolsuz tərk etməyib. Komanda rəqib meydanındakı son 7 görüşdə də qolsuz qalmayıb.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video