Arda Turan zədələndi

Arda Turan zədələndi
XƏBƏR 30 Yanvar 2015 / 16:55 2716
-  A +

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan zədələnib.

Qol.Az-ın "NTVspor"a istinadə verdiyi məlumata görə, türkiyəli futbolçu komandanın son məşqində əzələsini dartıb.

Məşqi davam etdirə bilməyən Arda klubun həkimi ilə birgə xəstəxanaya gedib. Onun La Liqanın "Eybar"la matçında meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil. 

Qeyd edək ki, "Atletiko" La Liqanın 21-ci turunda sabah "Eybar"ın qonağı olacaq.  

Daha çox


Son xəbərlər