Yığmamızın iki futbolçusu İspaniya klubunda

Yığmamızın iki futbolçusu İspaniya klubunda
XƏBƏR 12 Yanvar 2015 / 15:15 8108
-  A +

Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniyada oynayacaq.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib.  Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb.

Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla   rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır