Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün 2015-ci ilin ilk sınağına çıxacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xərə görə, “Qırmızı-qaralar” yeni ildə ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə görüşəcək. İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq “Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.
İndiyədək baş tutan oyunlardan ikisi rəsmi xarakter daşıyıbsa, 65-i yoxlama xarakterli olub. Avropa Liqasındakı iki matçı nəzərə almasaq, komanda beynəlxalq matçlarda 28 qələbə qazanıb, 13 heç-heçə edib, 14 dəfə uduzub. Xarici komandaların qapılarından 95 qol keçirən “Qəbələ” 73 top buraxıb.
2 beynəlxalq yoxlama oyununu Qəbələdə keçirən “qırmızı-qaralar” ölkə xarici toplanışlarda 63 belə matça çıxıb. 28 qələbə və 22 məğlubiyyəti olan komanda 13 dəfə bərabərliklə kifayətlənib. 94 dəfə qol sevinci yaşayan “Qəbələ” 69 top buraxıb.
Bu matçlar 5 müxtəlif ölkədə keçirilib. Türkiyədə 10, Sloveniyada 2, İngiltərə, Avstriya və Hollandiyanın hərəsində 1 toplanışda olan “Qəbələ” 11-ci dəfə qonşu ölkədə hazırlıq keçir. Antalyada 43 beynəlxalq matça çıxan “qırmızı-qaralar” 18 qələbə qazanıb, 12 heç-heçə edib, 13 dəfə uduzub. Həmin görüşlərdə top fərqi 68-51-dir. Türkiyədə 44-cü beynəlxalq sınağadək “Qəbələ” qardaş ölkədə Azərbaycan təmsilçisi ilə də 2 dəfə üz-üzə gəlib. Həmin vaxt Neftçi” ilə 2 görüş baş tutub.
Komanda indiyədək PSV ilə qarşılaşmasa da, Hollandiya klubları ilə əvvəllər də üz-üzə gəlib. 2014-cü ilin yayında Hollandiyada hazırlıq keçəndə 3 yerli klubla üz-üzə gəlmişdi. “Arnem”i 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” “Alkmaar”a 0:2, “Herenven”ə 0:1 hesabı ilə yenilmişdi.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?