"Real"ın (Madrid) qapıçısı İker Kasilyas sabiq baş məşqçisi Joze Mourinyo haqda danışıb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı qolkiper "COPE"yə açıqlamasında hazırkı çalışdırıcısı Karlo Ançelottinin Mourinyodan daha yaxşı məşqçi olduğunu bildirib:
"Ançelotti Mourinyodan daha yaxşı məşqçidir. Mourinyo burada olduğu müddətdə danışmaq imkanımız olmurdu. Eyni komandanın uğuru üçün çalışırdıq, ancaq bir-birimizdən uzaq idik. Onun sayəsində özünəinamımı qaytardım. Ümid edirəm, yeni komandasında hər şey ürəyincə olar. Bir gün yenidən birgə işləməyimiz lazım gələrsə, ona əlimi uzadaram. Əlimi sıxıb-sıxmayacağı ondan asılıdır. Lakin məncə, Mourinyo ona uzadılan əli geri çevirəcək insan deyil".
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"da Kasilyasla birgə çalışıb.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi