"Növbəti toplanış zamanı onu gözləyin" - Eddinin anası

"Növbəti toplanış zamanı onu gözləyin" - Eddinin anası
XƏBƏR 8 Yanvar 2015 / 17:56 8608
-  A +

"Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilovun anası İradə İsrafilova deyib. 

AFFA-nın inzibati binasında qurumun baş katibi Elxan Məmmədovla görüşən İ.İsrafilova oğlunun ölkəsinin yığmasında oynamasının onun şərəf olduğunu bildirib: "Mən azərbaycanlıyam. Uzun müddətdir ki, xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin".

Daha çox


Son xəbərlər
topaz banner