"Futbolçular istirahətə buraxılarkən başlıca məqsəd onların futboldan müəyyən qədər uzaq durmalarını, psixoloji və fiziki cəhətdən istirahətini təmin etməkdir. Təbii ki, istirahət zamanı fiziki formanı qorumaq, artıq çəkinin yaranmasına imkan verməmək vacib faktordur. Bu baxımdan bütün futbolçulara fərdi olaraq tapşırıqlar vermişdik. Bəzi futbolçular istirahətə zədəli yollanmışdılar. Hansısa problemi olanların düşərgəyə daha yaxşı formada dönmələrini təmin etmək məqsədilə onları fasilə müddətində nəzarətdə saxladıq. Sevindirici haldır ki, belə futbolçularımızdan bəziləri artıq sağlam şəkildə, tam bərpa olaraq komandanın sıralarına dönüb".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin həkim-fizioterapevti Rahim Məhərrəmov klubun rəsmi saytına açıqlamasında deyib.
Hər şeyin plana uyğun inkişaf etdiyini deyən mütəxəssis, hazırda əsas diqqətin futbolçuların vitaminlərlə təmininə və əzələlərin düzgün inkişafına ayrıldığını vurğulayıb: "Uzun müddət zədədən əziyyət çəkən Ruslan Əmircanov və Viktor Mendi kollektivlə birlikdə məşq edir. Ekiqo Ehiosun və Pavol Farkaş komandadan ayrı fərdi hazırlıq keçir. Onların da yaxın günlərdə komandaya qoşulacağını demək olar.
İstər istəməz futbolçuların bir çoxunda fasilədən dönərkən az da olsa artıq çəki olur. Amma bu o qədər də önəmli məsələ deyil. Çünki futbolçular məşq posesində qısa zaman kəsiyində artıq çəkidən xilas ola və öz ideal formalarına qayıda bilirlər. Hazırda əsas diqqəti futbolçuların vitaminlərlə təmin olunmasına və müəyyən müddət fiziki yükləmələrdən kənar qalmış əzələlərinin düzgün inkişafına yönəltmişik. Bu mənada qidalanmaya və masaja xüsusi önəm veririk. Hər şey plana uyğun davam edir. Təbii ki, müəyyən əzələ yorğunluqları olur. Bizim də işimiz belə problemləri aradan qaldırmaq, futbolçuların sağlamlığını təmin etməkdir".
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər