AZAL Gürcüstana gedir

AZAL Gürcüstana gedir
XƏBƏR 7 Yanvar 2015 / 17:12 1948
-  A +

Artıq iki gündür Bakıda hazırlıq prosesinə start verən AZAL klubu təlim-məşq toplanışı üçün digər klublarımız kimi Türkiyəyə getməyəcək. 

Bu barədə Qol.Az saytına açıqlamasında klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib. 

Klub rəsmisi komandanın Azərbaycanda 4 yoxlama görüşündə qüvvəsini sınayacağını və daha sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yola düşəcəyini bildirib: "AZAL Azərbaycanda 4 yoxlama oyunu keçirəcək. Komandamız “Sumqayıt”la iki dəfə qarşılaşacaq. Digər 2 rəqibimiz isə birinci divizion klublarımızdan olacaq. Yanvar ayının 20-dən sonra AZAL hazırlığın ikinci mərhələsi üçün Gürcüstana yola düşəcək”.

F.Hüseynov bildirib ki, qonşu ölkədə də bir neçə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutan komanda artıq Gürcüstanın yüksək liqa komandaları ilə danışıqlar aparır. Baş məşqçi Tərlan Əhmədov həmin qarşılaşmalarda yeni futbolçularını sınaqdan keçirəcək.

Son xəbərlər