Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Joze Miçel Qonzales komandadan qovulub.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, superliqa təmsilçisi son 5 oyunda qələbə qazanmasına baxmayaraq rəhbərlik komandanın oyunundan narazı qalıb.
Bu səbəbdən rəhbərlik ispaniyalı mütəxəssislə yolları ayırıb. Komandanı müvəqqəti olaraq Yunanıstan yığmasının və "Olimpiakos"un sabiq qapıçısı Antonis Nikopolidis çalışdıracaq.
Qeyd edək ki, 2013-cü ilin fevralından "Olimpiakos"u çalışdıran Miçel iki dəfə superliqanın, bir dəfə isə ölkə kubokunun qalibi olub.
Xatırladaq ki, "Olimpiakos" Avropa Liqasının 1/16 finalında Ukraynanın "Dnepr" klubu ilə qarşılaşacaq. Dneprpetrovsk təmsilçisi "Qarabağ"ın da yer aldığı F qrupunu ikinci pillədə başa vuraraq 1/6 finalda oynamaq hüququ qazanıb.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi