“Premyer Liqanın ikinci dövrəsinin son oyunundan – “İnter”lə qarşılaşmadan öncə əsas komandanın heyətinə qatıldım. Ona qədər əvəzedici komandanın uğurları üçün tər tökürdüm. Bu mənim üçün çox sevindirici hal oldu. Hazırda əsas komandanın Antalya toplanışında mövsümün ikinci yarısına hazırlaşırıq”.
Qol.Az-ın məlumatına görə, bunu “Qəbələ” Futbol Akademiyasının yetirməsi, komandanın Antalya düşərgəsindəki ən gənc futbolçu Qismət Alıyev klubun rəsmi saytına açıqlamasında deyib.
İlk dəfə əsas komanda ilə ölkə xaricinə səfər edən 18 yaşlı yarımmüdafiəçi bu toplanışın onun üçün həm böyük təcrübə, həm də gözəl şans olduğunu bildirib: “Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. Bu həm böyük təcrübə, həm də gələcəyim üçün gözəl şansdır. Özümü yaxşı tərəfdən göstərməyə, mənə verilən bu şansdan yararlanmağa çalışıram”.
Q.Alıyev məşqçilər heyətinin və təcrübəli futbolçuların ona dəstək olduğunu, bu halın onu daha da həvəsləndirdiyini söyləyib:
"Öz gücümə və bacarığıma güvənirəm. Amma gənc və təcrübəsizəm və bu mərhələdə hansısa səhvlər qaçılmazdır. Bütün futbolçular karyeralarında sözügedən mərhələni keçiblər. Təbii ki, bu mərhələni uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydançada, həm də meydançadan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam".
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər