İsveç millisinin sabiq futbolçusu "Beşiktaş"da

İsveç millisinin sabiq futbolçusu "Beşiktaş"da
XƏBƏR 5 Yanvar 2015 / 18:47 5544
-  A +

İsveç millisinin sabiq futbolçusu Aleksandr Miloşoviç karyerasını Türkiyə superliqasında davam etdirəcək.  

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Beşiktaş" klubu AİK-in müdafiəçisi ilə razılığa gəlib.

Superliqa təmsilçisi 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. Serb əsilli futbolçunun yanvarın 13-də İstanbula gedəcəyi və iki gün sonra Antalyadakı təlim-məşq toplanışında ağ-qaraların düşərgəsinə qoşulacağı gözlənilir.

Xatırladaq ki, AİK forması ilə 28 oyuna çıxan A.Miloşoviç 3 dəfə rəqib qapılarına yol tapıb. O, iki il öncə İsveç Liqasının ən yaxşı oyunçusu adına layiq görülüb.

Son xəbərlər