"Hazard "Çelsi"də qalacaq" - Mourinyo

"Hazard "Çelsi"də qalacaq" - Mourinyo
XƏBƏR 4 Yanvar 2015 / 16:02 3700
-  A +

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo aparıcı futbolçularından olan Eden Hazardın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis  belçikalı yarımmüdafiəçinin Londonda xoşbəxt olduğunu və komandadan ayrılmaq istəmədiyini deyib:

“Hazard “Çelsi”ni sevir. Onun komandadan ayrılacağını düşünmürəm”.

Xatırladaq ki, Mourinyo əvvəlki açıqlamasında  Hazardın hakimlər tərəfindən yetərincə qorunmamasını, ona qarşı edilən kobudluqlara göz yumduqlarını bildirib. O, hətta belə davam edəcəyi təqdirdə Hazardın Premyer Liqanı tərk edə biləcəyini də vurğulayıb.

Son xəbərlər