"Bavariya"dan ilk transfer

"Bavariya"dan ilk transfer
XƏBƏR 2 Yanvar 2015 / 19:58 9275
-  A +

Almaniya bundesliqasının lideri "Bavariya" yeni mövsüm üçün ilk transferini edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi "Ştutqart"ın futbolçusu Coşua Kimmiçi ilə 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Müqaviləyə əsasən, 19 yaşlı yarımmüdafiəçi yeni mövsümdən "Bavariya"ya məxsus olacaq.

Qeyd edək ki, C.Kimmiç hazırda "Leypçiq"də icarə əsasında oynayır.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner