Noyer Ronaldonu qabaqladı

Noyer Ronaldonu qabaqladı
XƏBƏR 31 Dekabr 2014 / 15:48 9796
-  A +

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) 2014-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sorğuda 91 ölkənin mətbuat nümayəndələri iştirak edib.

Səsvermənin nəticələrinə əsasən, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer ilin ən yaxşı kişi idmançısı seçilib. O, səslərin 14.84 faizini toplayıb. İsveçrəli tennisçi Rocer Federer ikinci (13.26 faiz), Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü (12.79 faiz)  olub.

İlin ən yaxşı qadın idmançısı isə amerikalı tennisçi Serena Uilyams (21.43 faiz) seçilib.

Daha çox


Son xəbərlər
04.03.26  14:12

"Barselona"da itkilər

topaz banner