"Bunu da 2015-ci ildə həyata keçirəcəyik" - Cavid Hüseynov

"Bunu da 2015-ci ildə həyata keçirəcəyik" - Cavid Hüseynov
XƏBƏR 30 Dekabr 2014 / 17:01 2488
-  A +

"2014-cü il mənim üçün maraqlı hadisələrlə zəngin oldu. 2013-2014-cü illər mövsümündə “Bakı”nın heyətində 6 qol vurdum. Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi. Sonra gözlənilmədən sabiq komandamda vəziyyət dəyişdi. Ardından isə ilin mənim üçün ən yaddaqalan hadisələrindən, bəlkə də, ən əsası baş tutdu - “Qəbələ”yə keçidim reallaşdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov 2014-cü ili dəyərləndirərkən deyib.

O, 2015-ci ilin "Qəbələ" üçün daha uğurlu olacağına inandığını bildirib:  "Hazırda komandamız istədiyimiz mövqedə qərarlaşmayıb. Amma hər şeyi dəyişmək üçün imkanlarımız var. Bunu da 2015-ci ildə həyata keçirəcəyik. 2015-ci ildən bol uğur gözləyirəm. İnanıram ki, həm klub, həm də milli komanda səviyyəsində özümü yaxşı tərəfdən göstərə biləcəyəm".

Son xəbərlər