Argentinalı futbolçu "Valensiya"da

Argentinalı futbolçu "Valensiya"da
XƏBƏR 30 Dekabr 2014 / 10:48 4379
-  A +

"Valensiya" cari mövsümdə ilk transferini gerçəkləşdirib.

Qol.Azın klubun saytına istinadən yaydığı xəbərə görə, İspaniya klubu "Benfika"da oynayan Enzo Perezi heyətinə cəlb edib. 28 yaşlı yarımmüdafiəçi transfer üçün "Valensiya" Portuqaliya təmsilçisinə 25 milyon avro ödəyib.

Qeyd edək ki, E.Perez Argentina millisi ilə "DÇ-2014"də iştirak edib.


Son xəbərlər