Cavadovun komandası heç-heçə etdi

Cavadovun komandası heç-heçə etdi
XƏBƏR 29 Dekabr 2014 / 01:39 3293
-  A +

Türkiyə birinci liqasında 14-cü turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, millimizin üzvləri Vaqif Cavadov və Ufuq Budağın şərəfini qoruduğu "Qaziantep BB" klubu növbəti matçına çıxıb.

Qaziantep təmsilçisi səfərdə “Dənizlispor”la qarşılaşıb. Oyunda qapılaraq qol vurulmayıb. Yığmamızın üzvləri meydana start heyətdə daxil olublar.  Ufuq Budaq 90 dəqiqə meydanda olduğu halda, Vaqif Cavadov  55-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu heç-heçədən sonra "Qaziantep BB" klubu 19 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı